12:25 - 21.05.2026
21 may, Fineko/abc.az. Çində dünya bazarında neftin bahalaşması və enerji böhranı fonunda 22 maydan etibarən benzin və dizel yanacağının pərakəndə qiymətləri artırılır.
ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Dövlət İnkişaf və İslahat Komitəsi məlumat yayıb.
Qərara əsasən, benzinin bir tonunun qiyməti 75 yuan, dizelin isə 70 yuan artırılacaq. Bahalaşma Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı vasitəsilə tədarükdə yaranan fasilələrlə bağlı qlobal neft bazarındakı dalğalanmalar fonunda baş verir.
Hakimiyyət CNPC, Sinopec və CNOOC kimi iri neft şirkətlərinə bazarın sabit təchizatını təmin etməyi və qiymət siyasətinə ciddi nəzarəti gücləndirməyi tapşırıb.
27 İyul 2026