12:06 - 21.05.2026
21 may, Fineko/abc.az. ABŞ-ın AMD şirkəti Tayvanda süni intellekt infrastrukturu üzrə 10 milyard dollardan çox həcmində genişmiqyaslı investisiya planı açıqlayıb.
ABC.AZ xəbər verir ki, vəsait istehsal güclərinin genişləndirilməsinə, çip qablaşdırma texnologiyalarının inkişafına və Tayvanın ASE Technology Holding Co., Ltd. və Siliconware Precision Industries Co., Ltd. şirkətləri ilə əməkdaşlığa yönəldiləcək. Layihə 2.5D arxitekturasının tətbiqini və TSMC tərəfindən 2 nanometr texnologiyası ilə istehsal olunacaq “Venice” prosessorlarının hazırlanmasını əhatə edir.
Eyni zamanda AMD ABŞ-ın Arizona ştatında TSMC istehsal güclərinin genişləndirilməsi planını da təsdiqləyib. Bu addım tədarük zəncirinin şaxələndirilməsi və istehsal risklərinin azaldılması məqsədi daşıyır.