14:33 - 14.09.2026
14 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdə artan sərnişin axınını operativ idarə etmək məqsədilə xidmət şəraitini yeniləyir.
Sentyabrın 15-dən etibarən Xırdalan-Bakı istiqamətində dəmiryol körpüsünün təmiri ilə əlaqədar hazırda 45 dəqiqə təşkil edən səfər müddəti 10 dəqiqə qısaldılaraq 35 dəqiqəyə endirilir. Körpünün bərpası tam başa çatdıqdan sonra hərəkət vaxtı əvvəlki kimi 26 dəqiqəyə endiriləcək və Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa olunacaq.
Həmçinin Bakı-Xırdalan-Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə, şəhərətrafı qatarların ümumi günlük reys sayı isə 90-dan 96-ya çatdırılıb.
Paralel olaraq, Bakı Dəmiryol Vağzalında sərnişin sıxlığının qarşısını almaq üçün yeni zalda 11 turniket quraşdırılaraq onların ümumi sayı 46-ya qaldırılıb. Müxtəlif stansiyalarda bank kartları ilə ödəniş üçün əlavə 58 validator yerləşdirilib, turniketlərdə “Visa” ilə yanaşı “Mastercard” və NFC təmassız ödəniş imkanları aktivləşdirilib.
Gediş haqqı ödənişlərinin səyahət günü hesabdan çıxılması təmin edilib və növbəti mərhələdə "SİMA Pay" üztanıma terminallarının sayının artırılması planlaşdırılır.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026