OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna alındı

12:11 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması çərçivəsində daha 3 beynəlxalq nəhəng - OpenAI, Zoom və Zoho Dövlət Vergi Xidmətində (DVX) elektron vergi uçotuna alınıb.

Həmin şirkətlər üçün ƏDV qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

10 min dollar həddi: Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə üzrə illik dövriyyəsi 10 min dolları keçən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün elektron qeydiyyat məcburidir.

Qeydiyyatdan keçən şirkətlər ƏDV-ni müstəqil şəkildə hesablayıb büdcəyə ödəyəcəklər.

Bu halda yerli banklar istifadəçilərin ödənişlərindən əlavə ƏDV tutmayacaq.

Yeni mexanizm vergi öhdəliklərinin icrasını asanlaşdırmağa və rəqəmsal xidmətlər sektorunda şəffaflığı artırmağa xidmət edir.