Azərbaycanın qaz ixracı gəlirləri 7.3% azalıb

14:30 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycan 14,43 milyard kubmetr təbii qaz ixrac edərək 4,882 milyard dollar gəlir əldə edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 0,1% artsa da, gəlirlər 7,3% geriləyib.

Gəlirin azalmasına qazın orta statistik satış qiymətinin 366 dollardan 338 dollara düşməsi səbəb olub.

Eyni zamanda, Energetika Nazirliyinin göstəricilərinə görə, ölkənin ümumi qaz ixracı 5% artsa da, Avropaya tədarük 3,3% azalaraq 5,9 milyard kubmetr təşkil edib.