"Google" Finlandiyada AI infrastrukturuna $15,1 mlrd yatırır və ilk atom enerjisi müqaviləsini imzalayır

17:25 - 9.09.2026


9 Sentyabr, Fineko/abc.az. "Alphabet" holdinqinə daxil olan "Google" şirkəti növbəti iki il ərzində Finlandiyada süni intellekt (AI) infrastrukturunun inkişafına ən azı 13 milyard avro (təxminən 15,1 milyard dollar) sərmayə qoyacağını bəyan edib.

Eyni zamanda, "Google" ABŞ-dan kənarda ilk dəfə atom elektrik enerjisinin satınalınmasına dair uzunmüddətli müqavilə imzalayıb.

Enerji təchizatçısı "Fortum" şirkətinin məlumatına görə, 22 illik müqavilə çərçivəsində "Google" Finlandiyadakı iki nüvə stansiyasından birinin istehsal etdiyi elektrik enerjisinin 50%-dək hissəsini satın alacaq.

"Google" bəyan edib ki, bu nəhəng investisiya layihəsi Finlandiyanın ümumi daxili məhsuluna (ÜDM) əlavə 3,6 milyard dollar töhfə verəcək. Şimal ölkəsinin sərin iqlimi və bol aşağı karbonlu enerji resursları məlumat mərkəzlərinin (Data Center) yerləşdirilməsində əsas üstünlük kimi dəyərləndirilir.