16:21 - 20.05.2026
20 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 153 ədəd avtobus istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə bu ilin mayın 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk 4 ayı ayında Azərbaycanda 168,4 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 74,5 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb.
Bundan başqa, yanvar-aprel aylarında Azərbaycanda 1 546 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 278 ədəd və ya 15,2 % azdır. Nəticədə bu ilin mayın 1-nə 375 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat ayında Azərbaycanda 191 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 4 % azdır. Bu ilin mayın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-aprel aylarında ölkədə 286 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,7 dəfə çoxdur. Bu ilin mayın 1-nə 23 ədəd hazır məhsul ehtiyatı yaranıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026