Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin sayı 9 500-ü keçib

15:47 - 15.05.2026


15 may, Fineko/abc.az. İndiyə qədər Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 526 kirayə müqaviləsi bağlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Xatırladaq ki, mexanizm çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib. Mənzil şəraiti yaxşılaşanların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.