10:12 - 15.05.2026
15 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 115.613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ABC.AZ xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 %) ilkin, 94.029-u (81,3 %) isə təkrar qeydiyyatın payına düşür.
2026-cı ilin yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-aprel ayları ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026