11:24 - 26.11.2026
26 noyabr, Fineko/abc.az. Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığı "Kəmər və Yol" üzrə əməkdaşlığı genişləndirir və "təmiz enerji" sahəsində birgə layihələrin inkişafına təkan verir.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, Çindaoda keçirilən "Kəmər və Yol" üzrə energetika nazirlərinin IV konfransında Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olduğu və onun həyata keçirilməsi üçün ölkə daxilində və xaricdə yatırdığı sərmayənin həcminə görə Çindən sonra ikinci yeri tutduğu diqqətə çatdırılıb.
Pərviz Şahbazov həmçinin Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən enerji bağlantılarının Azərbaycanın "Kəmər və Yol" qurşağında rolunu gücləndirən yeni töhfələr olduğunu vurğulayıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026