Hindistan qızıl ehtiyatlarını kütləvi şəkildə vətənə qaytarır

10:39 - 12.05.2026


12 may, Fineko/abc.az. Hindistan xaricdəki qızıl ehtiyatlarının geri qaytarılması prosesinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır.

"2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər Hindistan Ehtiyat Bankı (RBI) ölkəyə 104,2 metrik ton qızıl qaytarıb. 2023-cü ildən 2025-ci ilə qədər olan müddətdə RBI artıq təxminən 280 ton qızılı geri gətirib; bura 2025-ci ilin ortalarında gətirilən 64 ton və Böyük Britaniyadan gətirilən təxminən 100 ton qızıl daxildir", — deyə nəşr məlumat verir.

Yaxın Şərqdə böhranın kəskinləşməsi fonunda Hindistanın Baş naziri Narendra Modi COVID-19 pandemiyası dövrü üçün səciyyəvi tədbirlərə qayıtmaq təşəbbüsü ilə çıxış edib. O, sakinləri xaricə səfərlərdən çəkinməyə, qızıl alışını azaltmağa, benzindən istifadəni minimuma endirməyə və evdən işləməyə çağırıb.