Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq

09:55 - 12.05.2026


12 may, Fineko/abc.az. Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “AzParking MMC”nin məlumatında bildirilib.

Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.

Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək. ©Qafqazinfo