Rusiya gübrə tranzitini Azərbaycan üzərindən Ermənistana artırır

16:10 - 4.05.2026


4 may, Fineko/abc.az. Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzitlə ümumi çəkisi 678 ton olan növbəti gübrə partiyası göndərilib.

ABC.AZ xəbər verir ki, ötən bazar günü də eyni marşrut üzrə Rusiyadan Ermənistana 536 ton gübrə göndərilmişdi.

Azərbaycan ötən ilin oktyabr ayının sonunda Ermənistan üçün öz ərazisindən yüklərin tranzitinə qoyulan qadağanı aradan qaldırıb.