11:27 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 21 196 vahid artaraq 2,2 milyon vahiddən çox olub.
ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 3 min, fiziki şəxslər üzrə 16,8 min, torpaq mülkiyyətçiləri üzrə isə 1,2 min vahiddən çox artıb.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026