16:32 - 15.11.2017
15 noyabr, Fineko/abc.az. Azərbaycan cari ilin dekabr ayının sonuna qədər Şimal-Cənub dəmir yolu marşrutunun birinci mərhələsini bitirməyi planlaşdırır.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovun sözlərinə əsasən, ilin sonuna qədər Astara-Astara yolunun tikintisi başa çatdırılacaq, İran ərazisində daha 1,4 km, yükboşaltma terminalına, və ehtimal ki, sərnişin stansiyasına qədər yolun tikintisi başa çatdırılacaq.
“İkinci mərhələ çərçivəsində aparılan tikinti işləri artıq 2018-ci ilin birinci yarısında başlanacaq və 2020-ci ilə qədər davam edəcək. İşlər yekunlaşandan sonra, ümumi uzunluğu 164 km olan, Naxçıvana qədər yol istismara veriləcək”, - C.Qurbanov belə deyib.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026