12:15 - 27.04.2026
27 aprel, Fineko/abc.az. Toyota Motor ilk dəfə iki ildən sonra avtomobil satışlarında öz rekordunu yeniləyib və 2025 maliyyə ilində dünya üzrə 10,48 milyon avtomobil satıb.
ABC.AZ xəbər verir ki, satışların artımına xüsusilə Şimali Amerikada hibrid avtomobillərə yüksək tələbat səbəb olub. ABŞ-də yüksək tariflərin mənfi təsirinə baxmayaraq, ümumi satışlar ötən illə müqayisədə 2% artıb.
Bununla belə, regiondakı münaqişə fonunda Yaponiyadan Yaxın Şərqə avtomobil ixracı mart ayında ötən illə müqayisədə 46,4% azalaraq 17 122 ədədə düşüb.