Laçındakı kanat yolu bu tarixdə istifadəyə veriləcək

11:14 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.