14:21 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Qarabağda investorlar üçün ayrılmış torpaqların yarısı hələ istifadə olunmayıb.
ABC.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında investorlar üçün nəzərdə tutulmuş torpaq fondunun təxminən yarısı hələ istifadəyə cəlb olunmayıb:
"Sözügedən rayonlarda ümumi əkinəyararlı torpaq sahəsi 95 min hektardan çoxdur. Bunun 50 min hektarının investisiya layihələri çərçivəsində sahibkarlara ayrılması nəzərdə tutulur. İnvestorlar üçün ayrılmış torpaq fondunun hazırda təxminən 24 min hektarı, yəni 49 %-i hələ də istifadəyə cəlb edilməyib. Bu isə aqrar istehsal, aqroemal, heyvandarlıq, bağçılıq, balıqçılıq və digər istiqamətlər üzrə yeni investisiyalar üçün geniş imkanlar yaradır".
E.Hüseynov bildirib ki, qarşıdakı dövrdə regiona yerli və xarici investorların cəlb olunması əsas prioritetlərdən biri olacaq.
©Report
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026