Kəlbəcərdə 701 min manata mobil düşərgə salınıb

17:20 - 10.06.2026


10 iyun, Fineko/abc.az. ANAMA Kəlbəcərdə mobil düşərgənin salınmasına 701 min manatdan çox vəsait ayırıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Kəlbəcər mobil düşərgəsinin salınması işləri ilə bağlı satınalma yekunlaşdırıb.

Layihənin icrası “ELNUR-2” Universal İstehsalat Kommersiya şirkətinə həvalə olunub.

Bağlanmış müqavilənin dəyəri 701 min 426 manat təşkil edir.