14:22 - 8.06.2026
8 iyun, Fineko/abc.az. “Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən Şuşa şəhərində iri həcmli tikinti işləri üzrə iki satınalma müqaviləsi bağlanıb.
ABC.AZ xəbər verir ki, layihələr “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.
Birinci layihə D-5 massivində 2-ci mərhələ üzrə 8 ədəd 4 mərtəbəli yaşayış binasının (9–16 nömrəli binalar) tikintisini əhatə edir. Bu binalarda xidmətedici və yardımçı təyinatlı obyektlər, eləcə də abadlıq işləri nəzərdə tutulur. Layihənin dəyəri 24 milyon 76 min manat təşkil edir.
İkinci layihə isə D-5 massivində 1-ci mərhələ üzrə 6 ədəd 4 mərtəbəli yaşayış binasının (1–6 nömrəli binalar) tikintisini əhatə edir. Bu işlərin dəyəri 12 milyon 984 min manatdır.
Beləliklə, Şuşada həyata keçiriləcək iki yaşayış kompleksi layihəsinin ümumi dəyəri 37 milyon 61 min manat təşkil edir.
10 İyun 2026
8 İyun 2026