11:12 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Bildiyiniz kimi, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.
ABC.AZ xəbər verir ki, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.
Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.