Azərbaycandan növbəti dəfə Ermənistana dizel yanacağı tədarük olunub

15:49 - 21.04.2026


21 aprel, Fineko/abc.az. Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.

ABC.AZ xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Belə ki, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. ©Trend