14:39 - 21.04.2026
21 aprel, Fineko/abc.az. Bu ilin I rübündə ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 il əvvələ nisbətən 3,5 faiz azalaraq 452,6 min nəfər olub.
Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib, gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Xaricə gedən vətəndaşlarının 69 faizi hava, 29 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026