Təqaüdçülərə şad xəbər - Sabah pensiyalar tam veriləcək

15:54 - 20.04.2026


20 aprel, Fineko/abc.az. Azərbaycanda pensiyaların aprelin 21-də tam ödənilməsi nəzərdə tutulub.

ABC.AZ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.