11:24 - 20.04.2026
20 aprel, Fineko/abc.az. AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ başlayır. Belə ki, bankın VİP Club məhsulu rebrendinq edilərək “Private Banking”ə çevrilib.
ABC.AZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov qeyd edib ki, 2023-cü ildə istifadəyə verilmiş məhsul rebrendinq çərçivəsində “Private Banking” konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib.
"Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.
“AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VİP Club-un “Private Banking” olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik”.
Müəllif: Elmir Muradov