11:18 - 17.04.2026
17 aprel, Fineko/abc.az. İran və Azərbaycan arasında inşa edilən "Astara" terminalında işlərin təxminən 92 %-i tamamlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən infrastruktur layihələri plan üzrə davam edir:
"Astara" terminalı bu dəhlizin Azərbaycandan keçən hissəsində əsas logistika qovşaqlarından biri hesab olunur. Hazırda terminal üzrə infrastruktur layihələrinin təxminən 92 %-i tamamlanıb. Bu da onu göstərir ki, layihə artıq yekun mərhələyə daxil olub. Əgər hər hansı fors-major hal baş verməzsə, qarşıdakı 2-3 ay ərzində terminalın tam istifadəyə verilməsi gözlənilir".
R.Rüstəmov vurğulayıb ki, "Astara" terminalının fəaliyyətə başlaması "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaların həcmini və sürətini artıracaq, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək.
Qeyd edək ki, "Şimal-Cənub" dəhlizi üzrə yük dövriyyəsinin 2028-ci il yanvarın 1-dən 5 milyon tona çatdırılması planlaşdırılır. Gələcəkdə bu göstəricini ildə 15 milyon tona qədər artırılacaq.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026