15:53 - 16.04.2026
16 aprel, Fineko/abc.az. 2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib.
ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bunun 696 milyon dollarlıq hissəsi meyvə-tərəvəz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çoxdur.
"Kənd təsərrüfatı məhsulları qarşılıqlı ticarət dövriyyəsinin strukturunda mühüm yer tutur. Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracının əsas istiqaməti olaraq qalır. Eyni zamanda ötən il Rusiyadan kənd təsərrüfatı məhsullarının idxal dəyəri 832 milyon ABŞ dollarından çox olub", - deyə hökumət rəsmisi əlavə edib.
O, xatırladıb ki, 2025-ci ildə iki ölkə 4,9 milyard ABŞ dolları, bu ilin I rübündə isə 750 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026