"Azərpambıq" ixracdan iki ayda 7 milyon dollara yaxın gəlir əldə edib

10:50 - 7.04.2026


7 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 6,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında məlumat verilib. Hesabata görə, bu, 2025-cü ilin iki ayı ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 12,8 % azdır.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.