“Azərkosmos”un 2 ayın yekununda xidmət ixracından qazancı onun ümumi gəlirlərinin 65%-ni təşkil edib

16:01 - 6.04.2026


6 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın mart sayınında məlumat verilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.