Kristin Laqard: Avrozonada qiymət şoku gözləniləndən daha uzun sürəcək

12:09 - 14.09.2026


14 Sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avrozonada inflyasiya təzyiqlərinin davam edəcəyini və mövcud qiymət şokunun nəzərdə tutulandan daha uzun çəkəcəyini bəyan edib. Yaxın Şərqdəki münaqişələrin neft və təbii qaz qiymətlərini qaldırmasından sonra AMB bu həftə ikinci dəfə faiz dərəcələrini artırıb.

Laqard enerji bazarındakı dəyişkənliyin inflyasiya risklərini artırmaqla yanaşı, iqtisadi artımı zəiflətmək təhlükəsi yaratdığını da vurğulayıb.

Bölgədə inflyasiyanın 3%-dən yuxarı qalması fonunda AMB rəhbərliyi qiymət artımını təkrar 2%-lik hədəf səviyyəsinə endirmək üçün faizləri daha da yüksəltməyi nəzərdən keçirir.

"Ouest-France" qəzetinə müsahibə verən Laqard bildirib ki, Avropa iqtisadiyyatı böyük şokla üz-üzədir və bu proses müəyyən müddət tənzimləmə siyasətinin sərt qalmasını tələb edəcək.