Mərkəzi Bank “CİBPay” MMC-ni cərimələdi

15:04 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.