16:29 - 17.03.2026
17 mart, Fineko/abc.az. Tesla və LG Energy Solution Miçiqan ştatında 4,3 milyard dollar dəyərində zavodun tikintisi barədə razılığa gəlib.
ABC.AZ xəbər verir ki, müəssisə 2027-ci ildə fəaliyyətə başlayacaq və Megapack enerji saxlama sistemləri üçün LFP batareyaları istehsal edəcək.
Layihə ABŞ-ın idxaldan asılılığını azaltmağa və batareya təchizat zəncirini inkişaf etdirməyə yönəlib.
27 İyul 2026