Azərbaycan vətəndaşlarının Türkiyədən mənzillərə maraqları azalıb - Kiçilmə var

16:18 - 13.03.2026


13 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 114 mənzil alıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi bildirir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 23 mənzil və ya 16,8 % azdır.

Ötən ay isə Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak alıblar ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 27 mənzil və ya 31,03 % azdır.

Fevralda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.