17:25 - 10.03.2026
10 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın işə salınması zamanı böyük ehtimalla ikisəviyyəli model seçəcək.
ABC.AZ xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin maliyyə institutları - banklar üzrə kiçik direktoru Maksim Malyutin bildirib.
"Bu sxem çərçivəsində mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) emissiyası tənzimləyicidə qalacaq, paylama funksiyaları və son istifadəçilərə birbaşa xidmət isə kommersiya banklarına veriləcək", - M.Malyutin deyib.
Ekspert qeyd edib ki, bank müəssisələri AMB-nin platformasına qoşulmaq, eləcə də yenilənmiş komplayens tələblərini yerinə yetirmək və hesablaşmalar aparmaq üçün, böyük ehtimalla, informasiya texnologiyalarının inteqrasiyasına, kibertəhlükəsizliyin gücləndirilməsinə və əməliyyat proseslərinin uyğunlaşdırılmasına vəsait yatırmalı olacaqlar.
"Müştərilərin öz vəsaitlərinin bir hissəsini bank hesablarından CBDC-yə köçürməyə başlayacağı təqdirdə depozit bazasının əvəzlənməsi bank sektoru üçün əsas təhlükə ola bilər. Bu, kredit təşkilatlarının dayanıqlı maliyyələşməsini və likvidlik ehtiyatlarını zəiflədə, eləcə də onların daha bahalı maliyyələşmə mənbələrindən asılılığını gücləndirə bilər", - M.Malyutin bildirilib. ©Report
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026