15:10 - 10.03.2026
10 mart, Fineko/abc.az. 2026-cı ildə bank sektorunda rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin daha da sürətlənməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, bankların mobil tətbiqlərində və rəqəmsal platformalarında yeni funksionallıqların tətbiqi müştəri təcrübəsinin daha da yaxşılaşmasına xidmət edəcək.
ABA rəhbəri qeyd edib ki, eyni zamanda yeni tənzimləyici mexanizmlərin və prudensial yanaşmaların tətbiqi bank sektorunun uzunmüddətli sabit inkişafını təmin etməyə yönələcək.