14:12 - 10.03.2026
10 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.
Bu il martın 1-nə qədər ölkədə 111 383 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026