11:33 - 10.03.2026
10 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.
ABC.AZ xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,6 % artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 % artaraq 1 milyard 439,6 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 % azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 7 % artıb.
İstehlak məhsullarının 33,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 58 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026