İctimai nəqliyyatda ödəniş zamanı bu kateqoriyadan olanlara güzəşt ediləcək?

12:26 - 3.03.2026


3 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edib.

ABC.AZ xəbər verir ki, Ombudsman məruzəsində bir sıra təklif irəli sürüb.

Eyni zamanda xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunmasını vacib hesab edib.

S.Əliyeva həmçinin Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılmasını, (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsini (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur) diqqətə çatdırıb.