16:19 - 25.02.2026
25 fevral, Fineko/abc.az. Martın 3-də Çexiyada Mərkəzi Asiya və Azərbaycana ixrac məsələlərinə həsr olunmuş konfrans keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Çexiyanın İxraca Dəstək üzrə Dövlət Agentliyi ("CzechTrade") məlumat yayıb.
Qeyd olunub ki, konfransda Çexiya məhsullarının Azərbaycan, Qazaxıstan və Özbəkistana ixracı məsələsi müzakirə olunacaq.
Agentlikdən bildirilib ki, bu regionlar artan iqtisadi potensiala malikdir.
"Özbəkistan dinamik daxili bazara və müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açan davamlı islahatlara malik, Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Qazaxıstan regionun ən böyük iqtisadiyyatıdır və bazarın miqyası, modernləşdirməyə yatırılan investisiyalar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi üzrə səylər sayəsində xarici şirkətlər üçün geniş imkanlar təklif edir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında regional ticarət-logistika qovşağı rolunu gücləndirir və enerji sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrini və infrastrukturu inkişaf etdirir", - məlumatda qeyd olunub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026