10:22 - 11.02.2026
11 fevral, Fineko/abc.az. BQ ASC-nin 2025-ci il üzrə audit edilməmiş maliyyə hesabatı açıqlanıb.
ABC.AZ xəbər verir ki, vergiyədək mənfəət 2024-cü ildə 452 594 manat, 2025-ci ildə isə 1 082 741 manat olub. Göstərici təxminən 2.4 dəfə artıb. BQ ASC-nin xalis mənfəəti isə 343 327 manatdan 917 859 manata yüksəlib. Bu, təxminən 2.7 dəfə artım deməkdir.
Şirkətin cəmi aktivləri 5 milyon 26 min manatdan 6 milyon 804 min manata, kredit portfeli 4 milyon 506 min manatdan 6 milyon 223 min manata, cəmi kapital 162 124 manatdan 1 80 min manata çatıb.
“BQ” ASC daşınar əşyaların (əsasən qızıl, həmçinin elektronika və məişət texnikası) girovu müqabilində qısamüddətli lombard kreditlərinin verilməsi və bu əşyaların saxlanması ilə məşğuldur.
27 İyul 2026