12:09 - 6.02.2026
6 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvarında Gürcüstanda illik inflyasiya 4,8% təşkil edib, bunun ən böyük payını yerli məhsulların qiymət artımı (+7%) təşkil edib, idxal məhsullarının qiymətləri isə demək olar ki, sabit qalıb (-0,1%).
ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Bankı yerli məhsulların bahalaşmasını əməkhaqlarının artımı ilə əlaqələndirir və bildirir ki, maaş artımının yavaşlaması və dolların zəifləməsi inflyasiyaya təzyiqi azalda bilər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026