2026-cı ildə NEZ-də bu qədər Avro-5 benzini və dizel yanacağı istehsal olunacaq

12:06 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə Euro-5 standartına uyğun 1.4 milyon ton avtomobil benzini, 2.3 milyon ton dizel yanacağı istehsalı planlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər. SOCAR-dan verilən məlumata görə, 2025-ci ildə Euro-5 standartına uyğun 1.5 milyon ton avtomobil benzini, 2.5 milyon ton dizel yanacağı istehsal edilib.

“Neft emalı və neft-kimya sahəsinin etibarlı, təhlükəsiz, ekoloji cəhətdən təmiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi əsas məqsəd olaraq müəyyən edilib.

Bu çərçivədə ölkə daxilində mühərrik yanacaqlarına olan tələbatın ödənilməsi, idxal neftinin emal imkanlarının artırılması və neft-kimya xammalının stabilliyinin təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. 2026-cı ildə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsi planlaşdırılır”, - deyə şirkətdən bildiriblər.