14:05 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, qlobal enerji bazarında ciddi dəyişikliklər müşahidə olunur. Bu fonda neftin qiymətindəki dalğalanmalar da nəzərə çarpır. Bu isə istər-istəməz iqtisadiyyatın bir çox sahəsinə təsirsiz ötüşmür.
Dünyada gedən proseslərin manata, Azərbaycandakı iqtisadiyyata təsirini ABC.AZ-a şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, ancaq dünyanın neft bazarlarında dalğalanma qiymətinin kəskin enməsi vəziyyətində Azərbaycanın valyuta ehtiyatları azala bilər. Ekspert bunu Azərbaycanın əsas gəlirlərinin neft və qazdan asılı olması ilə izah edir:
"Azərbaycanın valyuta ehtiyatları əsasən neftdən, qazdan gəlir. Təbii ki, qiymət düşəndə neft gəlirlərimiz azalır. Bu da milli valyutaya, məzənnəyə təsir edir. Bütün bunların əsasında da ölkədə milli valyutanın məzənnəsi qalxa bilər və ya devalvasiya ola bilər. Amma, bu çox uzun müddətli bir şeydir. Yəni, Azərbaycanın valyuta ehtiyatları çoxdur, hətta qısa müddət ərzində nəsə baş verirsə bu heç nəyə ciddi təsir etmir".
Qlobal enerji bazarında baş verənlərdən banklar da öz nəsibini alır. Belə ki, enerji bazarındakı həm hasilat, həm də satışın azalması müəyyən mənada banklarda likvidlik problemi yaradır.
Bəs görəsən sadalananlar ölkə banklarının likvidliyi və kredit siyasətinə necə təsir edə bilər?
Ə.Həsnov deyir ki, qeyd edilən məsələnin banklardakı likvidliyə birbaşa təsiri olmasa da, dolayısı ilə təsiri ola bilər. Onun sözlərinə görə, enerji bazarındakı dəyişiklik uzun müddət davam etdiyi halda ölkədə problemlər arta və müştərilər də borclarını ödəyə bilməz.
"Buna görə də hazırda bankların likvidliyi yoxdur. Yəni, qeyd edilənlərin bankların likvidliyinə konkret təsiri yoxdur. Kredit siyasətinə isə təbii ki, təsiri ola bilər. Çünki, bizdə sahibkarların vəziyyəti hər ötən gün pisləşir. Banklar isə buna görə kredit verməkdə çox ehtiyatlıdır".
Müəllif: Elmir Muradov
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026