15:09 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Çinin elektrik avtomobilləri istehsalçısı Xpeng 2026-cı ildə 550–600 min avtomobil satmağı hədəfləyib.
ABC.AZ xəbər verir ki, bu göstərici ötən ilin nəticəsindən 28–40% yüksəkdir — 2025-ci ildə Xpeng 429 445 avtomobil satıb (+126% 2024-cü ilə nisbətən).
Volkswagen dəstəyi ilə fəaliyyət göstərən Xpeng 2026-cı ildə yol sınaqlarına başlayacaq robotaksi və humanoid robotların kütləvi istehsalını əhatə edən “fiziki süni intellekt” istiqamətində strateji dönüşünü elan edib.