09:59 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. “Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayında tədarükü nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək troya unsiyası üçün 90 dolları keçib.
Bu barədə ticarət platformasının məlumatlarında deyilir.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 4,59% artaraq troya unsiyası üçün 90,3 dollar təşkil edib.
Saat 08:10-da isə gümüşün qiyməti artım tempini sürətləndirərək troya unsiyası üçün 90,83 dollara (+5,2%) yüksəlib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026