Azərbaycanda pul bazası artıb

10:29 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. Cari il yanvarın 1-nə Azərbaycanda pul bazası 22,470 milyard manat təşkil edib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 1,554 milyard manat və yaxud 7,4% artıb.