14:42 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. ABŞ, Nikolás Maduro devrildikdən sonra Venesuelanın yeni rəhbərliyinə təzyiq göstərmək üçün neft “karantin”indən istifadə edəcək.
ABC.AZ xəbər verir ki, bunu dövlət katibi Marko Rubio bildirib.
Məqsəd — Karakasın İran, “Hizbulla” və Kuba ilə əlaqələrini kəsmək, narkotik trafikini dayandırmaq və neft sənayesini ABŞ-ın rəqiblərinə fayda verməməsi üçün nəzarətdə saxlamaqdır.
“Karantin” sanksiyaya məruz qalmış neft gəmilərini ələ keçirməyə imkan verir və bu, Vaşinqtona Venesuelada dəyişikliklər üçün böyük üstünlük verir. Rubio əmindir ki, Qərb şirkətləri ölkənin neft sənayesini bərpa etməyə maraq göstərəcək.
Neft sənayesi Venesuelanın iqtisadiyyatının bərpasında açar rolunu oynayır, lakin “karantin” ABŞ-ın maraqlarına uyğun dəyişikliklər baş verənədək saxlanılacaq və “Venesuela xalqı üçün daha yaxşı gələcək” təmin olunacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026