11:42 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. Noyabr ayında Çin elektromobillərin ixracını kəskin şəkildə artırıb: tədarük həcmi təxminən 200 min ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87% çoxdur.
ABC.AZ xəbər verir ki, yüksək rekord artım Meksikada qeydə alınıb — bu ölkəyə idxal 23 dəfədən çox artıb. Çin avtomobil sənayesi üçün əsas satış istiqaməti Asiya olaraq qalır, eyni zamanda Avropa və Latın Amerikası ölkələrinə tədarüklər də sürətlə artır.
Çin elektromobillərinin tədarük həcminə görə ilk 10 ölkə:
Meksika — 19 344 avtomobil (ötən ilin noyabrı ilə müqayisədə 2367% artım);
İndoneziya — 17 503 ədəd (302% artım);
Tayland — 13 517 ədəd (66% artım);
Filippin — 12 562 ədəd (30% artım);
Malayziya — 9 626 ədəd (273% artım);
Türkiyə — 9 292 ədəd (760% artım);
Böyük Britaniya — 9 096 ədəd (113% artım);
Belçika — 8 953 ədəd (8,6% artım);
Braziliya — 8 504 ədəd (155% artım);
Hindistan — 8 288 ədəd (6,4% artım).