10:49 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. Rusiya Türkiyədə inşa edilən ilk atom elektrik stansiyası – “Akkuyu” AES layihəsi üçün təxminən 9 mlrd dollar həcmində yeni maliyyələşmə təmin edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
“Bu maliyyə mənbəyinin 2026–2027-ci illərdə istifadəsi nəzərdə tutulur. Təkcə 2026-cı ildə bu kanal vasitəsilə Türkiyəyə 4–5 mlrd dollar həcmində xarici maliyyə vəsaiti daxil olacaq”, – deyə o qeyd edib.
Bayraktar, həmçinin “Akkuyu” AES-in ilk reaktorunun 2026-cı ildə istismara verilməsi planlarını təsdiqləyib. “2026-cı il ilk reaktorun elektrik enerjisi istehsalına başlayacağı hədəf il kimi müəyyən edilib”, – deyə nazir bildirib.
“Akkuyu” AES layihəsi Rusiya dizaynlı III+ nəsil Su-Su enerji reaktorları ilə təchiz olunmuş dörd enerji blokunu əhatə edir. AES-in hər bir enerji blokunun gücü 1 200 MVt təşkil edəcək.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026