Neft ucuzlaşır, Brent bir barel üçün $59,72 təşkil edir

09:16 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən gün artdıqdan sonra cümə günü hərracda azalır.

Saat 09:13-ə olan məlumata görə ICE Futures birjasında Brent neftinin fevral fyuçerslərinin qiyməti $0,10 (0,17%) azalaraq bir barel üçün $59,72-a düşüb. Dekabrın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,14 (0,23%) artaraq bir barel üçün $59,82-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:13-ə olan məlumata əsasən $0,10 (0,18%), bir barel üçün $56,05 -a düşüb. 18 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri 0,21 (0,38%), bir barel üçün $56,15-a yüksəlib.